”Prezident əsgərin ölümü ilə bağlı məsələni nəzarətə götürüb”

Əsgər atası Baş prokurorun qəbulunda olub

Source:
Fəhmin Əbilov
Fəhmin Əbilov


Əsgər atası Baş prokurorun qəbulunda olub

İlham Əliyev Lerik rayonunun Kıncıvo kəndindən 4 ay əvvəl hərbi xidmətə gedən Fəhmin Əbilovun müəmmalı ölümü ilə bağlı məsələni nəzarətə götürüb.

Bu barədə əsgərin atası Akif Əbilov “

Trend

”-ə açıqlamasında deyib. Onun sözlərinə görə, avqsutun 13-də Baş prokuror Zakir Qaralovun qəbulunda olub. Ata görüşdən və ona verilən məlumatlardan razı qaldığını deyib:

“Baş prokuror bildirdi ki, iş şəxsən Prezident İlham Əliyevin xüsusi nəzarətindədir. Açılmış cinayət işinin istintaqı barədə mənə ətraflı məlumat verdi. Bildirdi ki, artıq bu işdə təqsiri olan 3 nəfər həbs olunub”.

Əsgər atası deyib ki, ədalətli, düzgün istintaqın aparılmasına, hadisələrdə təqsiri olanların haqqında qanuni tədbirlərin görüləcəyinə inanır:

“Hadisənin siyasiləşdirilməsinin isə qəti əleyhinəyəm”.

Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov əsgər Fəhmin Əbilovun ölüm faktı ilə əlaqədar atası Akif Əbilovun avqustun 13-də Baş prokuror Zakir Qaralov tərəfindən qəbul edildiyini təsdiqləyərək deyib ki, hazırda cinayət işi üzrə Respublika Hərbi Prokurorluğunda zəruri istintaq tədbirləri davam etdirilir və yaxın günlərdə istintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Beyləqan rayonun N saylı hərbi hissəsində xidmət edən Fəhmin Əbilov haqda ilk məlumatı avqustun 9-da

Meydan TV

yayıb.

Ana səhifəXəbərlər”Prezident əsgərin ölümü ilə bağlı məsələni nəzarətə götürüb”