Prezident ərzaq məhsullarının tədarükü və təchizatına 10 milyon ayırdı

Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub

Source:

İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Prezidentin rəsmi saytının məlumatına görə, “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin fəaliyyətinin təşkili üçün prezidentin Ehtiyat Fondundan 10 milyon manat ayrılıb.

Nazirlər Kabinetinə Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlamaq tapşırılıb.

Maliyyə Nazirliyinə isə müvafiq məbləğdə maliyyələşməni təmin etmək həvalə olunub.

Ana səhifəXəbərlərPrezident ərzaq məhsullarının tədarükü və təchizatına 10 milyon ayırdı