Prezident əlilliyin müəyyənləşməsi ilə bağlı yeni meyarları təsdiqlədi

Əlillik orqanizmin funksiyasının neçə faiz itirilməsinə görə müəyyənləşəcək

Source: President.az


Əlillik orqanizmin funksiyasının neçə faiz itirilməsinə görə müəyyənləşəcək

Prezident İlham Əliyev “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu

təsdiqləyib

.

Qanun layihəsinə təklif olunan dəyişiklik Milli Məclisin iyunun 22-də keçirilən plenar iclasında III oxunuşda qəbul

edilib

.

Dəyişikliyə əsasən, “I dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 81-100 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “II dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 61-80 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər”, “III dərəcə əlilliyi olan şəxslər” anlayışı “orqanizmin funksiyalarının 31-60 faiz itirilməsinə görə əlilliyi müəyyən edilmiş şəxslər” anlayışı ilə əvəzlənib.

İstehsalat qəzaları və peşə xəstəlikləri ilə bağlı orqanizmin funksiyalarının 10-31 faiz itirilməsinə görə də əlillik müəyyən ediləcəyi bildirilir.

Əlilliyin müəyyənləşdirilməsi ilə bağlı layihəyə ikinci oxunuşunda bir sıra deputat etiraz etmişdi. Deputat Əli Məsimli belə demişdi ki, burada göstərilən 31-60 faiz heç də üçüncü, 61-80 faiz ikinci dərəcəyə, 81-100 faiz birinci dərəcə əlilliyə müvafiq deyil:

“Azərbaycan tibbi xarakter daşıyan modeldən sosial xarakter daşıyan modelə yönəlməlidir”.

O zaman 13 deputat qanunun əleyhinə səs vermişdi.

Ana səhifəXəbərlərPrezident əlilliyin müəyyənləşməsi ilə bağlı yeni meyarları təsdiqlədi