Divarlarına ev rəsmi assa da, özü 7 ildən çoxdur ki, mənzil həsrəti ilə yaşayır. Narxanım Quliyeva deyir ki, 2008-ci ildə “Xalis-İnşaat” MMC-dən iki mənzil alıb.
Ancaq ortada nə mənzil var, nə də pul. Onlara evin başqalarına satıldığını deyiblər. Narxanım Quliyevaya bu MMC-nin direktoru Vitali Mehdiyevin tapılmadığını bildiriblər.
Əvvəllər yaxşı həyat şəraiti olan Narxanım Quliyeva indi zavodda 80 qəpiyə xalat tikir. Deyir, təki evim olsun, bu sıxıntılara qatlaşmağa razıyam.
İndi həmin şirkət “Dostlar” MMC adı altında fəaliyyət göstərir. Abşeron Rayon Məhkəməsi də Narxanım Quliyevanın xeyrinə qərar çıxarsa da, icra olunmur. Abşeron Rayon Məhkəməsinin qərarlarının icra şöbəsindən Meydan TV-yə bildirilib ki, bu qərarın icra olunmağı mümkün deyil.
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646