Prezident: Ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir

Müzəffər Baxış: Zakir Qaralovun baş prokuror, Fikrət Məmmədovun ədliyyə naziri olduğu dönəmdə məhkəmə sistemində dəyişiklik olmayacaq

Source:


Müzəffər Baxış: Zakir Qaralovun baş prokuror, Fikrət Məmmədovun ədliyyə naziri olduğu dönəmdə məhkəmə sistemində dəyişiklik olmayacaq

“Son vaxtlar sahibkarlarla bağlı faktlar üzə çıxır. Bu, dəhşətli faktlardır”.

“Report” xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev noyabrın 4-də Şəki Məhkəmə Kompleksinin yeni inzibati binasının açılış mərasimindəki çıxışında deyib.

Prezidentin sözlərinə görə, dövlət nümayəndələri tərəfindən sahibkarlara qarşı böyük ədalətsizliklər edilib:

“Onlara qarşı əsassız tələblər irəli sürülüb. Onların əmlakı bəzi hallarda əllərindən alınıb. Onlardan külli miqdarda rüşvət alınıb, bəzi hallarda reketlik edilib. Ona heç rüşvət də demək olmaz. Rüşvət o vaxt verilir ki, kimsə nə isə etmək istəyir, işi asanlıqla getsin deyə rüşvət verir. Amma bəzi hallarda sadəcə olaraq sahibkarların əlindən əmlak, vəsait alınır, onlara hədə-qorxu gəlirdilər, işgəncələr verirdilər. Ona görə ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir”.

Prezidentin çıxışını Meydan tv-yə şərh edən hüquqşünas Müzəffər Baxış Zakir Qaralovun baş prokuror, Fikrət Məmmədovun ədliyyə naziri olduğu dönəmdə məhkəmə sistemində dəyişiklik olacağına inanmır.

Müzəffər Baxış bildirib ki, ictimaiyyət sahibkarların heç bir cinayət törətmədikləri halda MTN tərəfindən çağrılıb və hədə-qorxu gəlindiyindən xəbər idi: “Nazirlikdə onlardan açıq şəkildə pul tələb edirdilər. Bu mənada prezidentin rüşvət və reketlə bağlı ifadəsi düzdür. Cinayət Məcəlləsində 311.1 maddəsində rüşvətin tərifi verilib. Məsələn, MTN-də cənub zonasının sahibkarlarının Rusiyadan meşə materialları gətirməkləri haqqında dosye var, bu adamları hər il çağırıb pul tələb edirdilər, mən bunu tam məsuliyyətlə deyirəm. Hətta Eldar Mahmudovla debata çıxıb ona sübut edə bilərəm ki, kimləri çağırıb pul tələb etmisən. Dəfələrlə bu barədə mətbuata məlumat versəm də, nəticəsi olmayıb. Sadəcə, Mahmudovun mənə bəlli olmayan səbəbdən “yarpağı saraldı” və bu məsələlər gündəmə çıxdı. Guya, Zakir Qaralov ondan yaxıdır? Təsəvvür edin ki, SSRİ dağılanda yeganə dövlət aparatı olan prokurorluq dağılmadı, çünki möhkəm idi. Ancaq Zakir Qaralov kimi hüquqi bilməyən adam 15 ildə bu sistemi məhv etdi. Eldar Mahmudovla bağlı Respublika Prokurorluğuna minlərlə şikayət edilib, hamısı gizlədilib. Ona görə belə bir adamın Azərbaycanın baş prokuroru olması milli təhlükəsizliyinə böyük təhlükədir. O cümlədən, digər nazirlər, Fikrət Məmmədov. Necə müstəqil məhkəmə ola bilər ki, hakim seçkisində 2 dəfə ən yüksək nəticə göstərsəm də, hakim ola bilməmişəm, amma 60 bal toplayan hakimdir? Çünki onlar mənim müstəqil olduğumdan Fikrət Məmmədovun sifarişlərini yerinə yetirməyəcəyimi bilirlər. Bununla müstəqil məhkəmə sistemi yaratmaq olar?”.

Müzəffər Baxış hesab edir ki, müstəqil məhkəmə sistemi yaradılmayana qədər indiki proseslər müxtəlif şəkildə davam edəcək: “Sabah başqa bir nazirin “yarpağı saralalacaq” və onun haqqında siyasi kampaniya aparılacaq. Ona görə bütün nazirlərin və komitə sədrlərinin fəaliyyəti ictimaiyyətə tam bəllidir. Bu mənada dünyada Azərbaycan kimi şəffaf ölkə yoxdur. Bizdə kim kimdən nə qədər rüşvət alırsa, hamı bilir”.

Ana səhifəXəbərlərPrezident: Ədalətli məhkəmə sistemi bu faktlara adekvat qiymət verməlidir