Dövlət başçısı abidənin önünə əklil qoydu, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə paytaxtın İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə mayın 27-də ziyarət edib.
Abidənin ətrafında fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlət başçısı abidənin önünə əklil qoydu, Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.