Ailənin Qusardakı torpağında ev tikintisi ilə bağlı da tapşırıq verilib
Prezident İlham Əliyev Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə mənzil verib. Xəbəri AZƏRTAC yayıb.
Deyilir ki, dövlət başçısı Ç.Qurbanovun ailəsinə Bakı şəhərində üçotaqlı mənzil ayrılması və həmin mənzildə təmir işlərinin həyata keçirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarına göstəriş verib.
Milli Qəhrəmanın ailəsinə Qusar rayonunda ayrılmış torpaq sahəsində fərdi evin tikintisi ilə bağlı da tədbirlər görülür.
Ç.Qurbanov 2016-cı il dekabrın 29-da Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmada həlak olub. Meyiti bir müddət Ermənistan tərəfində qalıb.
Ç.Qurbanovun nəşi 2017-ci il fevralın 5-də alınıb. O, fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
Fevralın 7-də isə prezident Ç.Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb.