Görüşün detalları açıqlanmayıb
Prezident İlham Əliyev fevralın 9-da “Milli Qəhrəman” Çingiz Qurbanovun ailəsi ilə görüşüb.
Məlumatı president.az paylaşıb. Görüşün detalları açıqlanmayıb.
İlham Əliyev 2 gün öncə Çingiz Qurbanova ölümündən sonra “Milli Qəhrəman” adı verilməsi üçün sərəncam imzalayıb.
Ç.Qurbanov ötən il dekabrın 29-da həlak olub. Meyiti qarşı tərəfdə qalmışdı. Ermənistan onun meyitini fevralın 5-də geri qaytarılıb. Çingiz Qurbanov Qusarda dəfn edilib.