”Prezident bizi gördü, maraqlanmadı” (VİDEO)

“İyirmi ildir bu bina sahibsizdir. Kanalizasiya sistemi yoxdur, su binanın zirzəmisinə tökülür, ona görə bina yavaş-yavaş çökür. Binanın qazı da, suyu da yoxdur”. Bunu  Xocalıdan olan məcburi köçkün İlduzə Xocayeva deyir.

Xocali qacqini
Xocali qacqini

Qadın deyir ki, Xocalıda baş verən faciə zamanı nəslindən çox itkilər verib. Sonra da bu qəzalı binaya sığınıblar: “Belə davam etsə, bina çökəcək, bütöv bir nəsil kəsiləcək. Dəfələrlə külək nəticəsində uçqunlar olub, yarısökük pilləkənlərdən uşaq da yıxılıb. Yağış, qar yağanda  mənzillər su içində qalır”.

Xocali qacqini
Xocali qacqini


“Binanın çökdüyünü deyirlər, kömək etmirlər”

“Tək qadınam, qazanıb aldığım evin bütün əşyalarını töküb çöldə yandırdım. Nəmişlikdən  həşəratlar yaranmışdı. Oğlumla mən qalmışıq bu balaca evdə. Yağış yağanda oturmağa yer tapmırıq”.  Bu sözləri isə binanın zirzəmisində məskunlaşan Ağdamdan olan məcburi köçkün  Səadət Qurbanova deyir.

Qadın deyir ki, bina 1 metrdən artıq aşağı enib. Fövqəladə Hallar Nazirliyindən gəlib baxıblar və çökməni təsdiqləsələr də, heç bir köməklik göstərilməyib.

Xocali qacqini
Xocali qacqini


“Gözləyirlər ki, ölək, gəlib başsağlığı versinlər?!”

Qəzalı binanın sakinləri deyir ki, Prezident “Dalğa Arena” futbol stadionunun açılışına gələndə dərdlərini ona anlatmaq istəyiblər, amma imkan verilməyib: “Polis dayandı binanın yanında, qoymadılar heç kim bayıra çıxsın. Prezident də dənizin içindəki qülləyə çıxıb ətrafı seyr elədi. Bizim bina da görünür. İndi prezident özü görmədi ki, bina nə vəziyyətdədi? Niyə bizlə maraqlanmadı? Biz də insanıq, biz də yaşamaq istəyirik. Müharibədən çıxmış adamlarıq. Bunlar bizə niyə göz yumurlar? Gözləyirlər ki, ölək, gəlib başsağlığı versinlər?!”

Xocali qacqini
Xocali qacqini
Xocali qacqini
Xocali qacqini
Xocali qacqini
Xocali qacqini
Xocali qacqini
Xocali qacqini
Xocali qacqin 1

Ana səhifəVideo”Prezident bizi gördü, maraqlanmadı” (VİDEO)