Prezident bir neçə rayona icra başçısı təyin edib

Şamaxı, Beyləqan və Bakının Səbail rayonlarına yeni rəhbərlər göndərildilər

Source: President.az
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)
İlham Əliyev sərəncam imzalayır (arxiv foto)


Şamaxı, Beyləqan və Bakının Səbail rayonlarına yeni rəhbərlər göndərildilər


Prezident

İlham Əliyevin sərəncamı ilə Bakı şəhəri Səbail rayonunu icra başçısı vəzifəsinə Vüqar Teyyub oğlu Zeynalov təyin edilib. Bu vəzifə, E

ldar Əzizov

un Bakı şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə 2018-ci il iyulun 16-da təyin edildikdən sonra boş idi.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin məzunu olan

V.Zeynalov

2015-ci ilin dekabrından Bakı şəhər Mədəniyyət və Turizm idarəsinin rəhbəri vəzifəsini tuturdu.

Dövlət başçısının digər sərəncamı ilə Tahir Nadir oğlu Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. İnternetdə axtarışlara əsasən

Tahir Nadir oğlu Məmmədov

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb.


Prezident

İlham Əliyev həmçinin Asif Əzizağa oğlu Ağayevin Şamaxı rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən azad edərək, onu Beyləqan rayonunda analoji vəzifəyə təyin edib.

Ana səhifəXəbərlərPrezident bir neçə rayona icra başçısı təyin edib