Hacıbala Abutalıbov və Əli Həsənov

Mənbə: Foto: Meydan tv

Başlıq: Hacıbala Abutalıbov və Əli Həsənov

Prezident Baş nazirin iki müavinini vəzifələrindən azad edib

Məqalə yeniləndi:  21 Oktyabr 2019

Prezident Baş nazirin iki müavinini vəzifələrindən azad edib

“Hacıbala Abutalıbov və Əli Həsənov işdən azad edilmək üçün ərizə ilə müraciət ediblər”

Prezident İlham Əliyevin oktyabrın 21-də imzaladığı sərəncamlarla Baş nazirin müavinləri Hacıbala Abutalıbov və Əli Həsənov tutduqları vəzifələrindən azad olunublar.

Prezidentin rəsmi saytının məlumatına əsasən, İlham Əliyev hər ikisini ayrı-ayrılıqda qəbul edib.

Məlumatda qeyd edilir ki, Baş nazirin müavinləri vəzifədən azad edilmələri üçün ərizə ilə müraciət ediblər.

Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib.

1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olub.

2001-2018-ci illərdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

21 aprel 2018-ci ildə Azərbaycan Respublikasını Baş nazirinin müavini təyin edilib.

Yeni Azərbaycan Partiyası İdarə heyyətinin üzvüdür.

Əli Həsənov 1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub.

O, 1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində, 1981-1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsil alıb.

1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 1993-cü ildən “Azərkimya” Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini, 1997-1998-ci illərdə isə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifələrində çalışıb.

1998-ci ildə Baş nazirin müavini təyin edilib.

1998-2018-ci illərdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri olub. Yeni Azərbaycan partiyasının sədr müavinidir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  21 Oktyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/b8eguz

Ən çox baxılan