Rövşən Məmmədov

Mənbə: Report

Başlıq: Rövşən Məmmədov

Prezident AzTV-yə sədr təyin etdi

Məqalə yeniləndi:  4 Sentyabr 2019

Yeni sədr BDU məzunudur

Prezident İlham Əliyevin sentyabrın 4-də imzaladığı sərəncamla Rövşən Məmmədov “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Yanvarın 15-də ölkə başçısı İlham Əliyev Arif Alışanovu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad etmişdi.

Arif Alışanov 2006-cı ilin avqustun 16-dan Az.TV-nin sədri vəzifəsində çalışırdı.

Arif Alışanovdan sonra sədr vəzifəsini müavin Rövşən Məmmədov icra edirdi.

Rövşən Raqif oglu Məmmədov 15 iyun 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsini bitirib.

Rövşən Məmmədov uzun müddət “Lider” telekanalında müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildə həmin telekanalın İdman redaksiyasının rəhbəri olub.

R.R.Məmmədov 2015-ci ildən etibarən Azərbaycan Televiziyasında (AzTV) “Günün nəbzi”, “Əsas məsələ” və “Həftə” verilişlərinin aparıcısı olub. Daha sonra isə “Azərbaycan Televiziyası və Radio Verilişləri” QSC-nin “İctimai-siyasi proqramlar və xarici xəbərlər studiyası”nın direktoru vəzifəsinə təyin olunub.

15 yanvar 2019-cu ildən sədr müavini təyin olunub.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  4 Sentyabr 2019
Bölmələr:  
qısa linklər:   http://mtv.re/e7hszp

Ən çox baxılan