Prezident Azərbaycanın 4 səfirini geri çağırdı

Bu barədə dövlət başçısı İlham Əliyev iyulun 16-da sərəncam imzalayıb.

Source: Specify Source


Onların yerinə yeni səfirlər təyin olundu

Rəşad Məmmədov Azərbaycanın Qazaxıstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri

çağırılıb

. O, 2015-ci ildən Azərbaycanı Qazaxıstanda təmsil edir.

Onun yerinə Ağalar Atamoğlanov təyin

edilib

.

Bu barədə dövlət başçısı İlham Əliyev iyulun 16-da sərəncam imzalayıb.

İlham Əliyev Lətif Qəndilovun Azərbaycanın Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağrılması haqqında da sərəncam

imzalayıb

. L.Qəndilov 2016-cı ildə bu vəzifəyə təyin olunub.

Prezident Ülvi Baxşəliyevi Azərbaycanın Belarusda fövqəladə və səlahiyyətli səfiri təyin

edib

.

Dövlət başçısının digər sərəncamları ilə Həsən Məmmədzadə Azərbaycanın Tacikistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri

çağırılıb

, onun yerinə isə Əlimirzamin Əskərov təyin

olunub

.

H.Məmmədzadə 2017-ci ildən Tacikistanda səfir vəzifəsindədir.

Eyni zamanda, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə geri

çağrılıb

. O, 2016-cı ildən Azərbaycanı Pakistanda təmsil edirdi.

Ə. Əlizadəni bundan sonra Xəzər Fərhadov əvəz

edəcək

.

Ana səhifəSiyasətPrezident Azərbaycanın 4 səfirini geri çağırdı