İlham Əliyev “ASAN xidmət”ə 5 milyon manat ayırıb
“President.az” saytında bu haqda məlumat verilib. Vəsait İlham Əliyevin “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncamı əsasında, Prezidentin Ehtiyat Fondundan ayrılıb.
Sərəncama əsasən, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı ilə əlaqədar tədbirlər görmək, işçilərinin, mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi məqsədi ilə onlara bir il müddətində aylıq mükafat veriləcək.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.