Prezident İlham Əliyev Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin sabiq rəhbəri Arif Məmmədovun fövqəladə və səlahiyyətli səfiri diplomatik rütbəsindən məhrum edilib.
Prezident bu barədə sərəncam imzalayıb.
Arif Məmmədov 2000-ci ilin may ayından 2006-cı ilin noyabr ayınadək Brüsseldə ölkəmizin Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri işləyib. 2007-ci ilin yanvarından 2012-ci ilin sentyabrınadək Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi olub. 2013-cü ilin iyun ayından etibarən Brüsseldə yerləşən İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri və bu təşkilatın ilk səfiri vəzifəsində çalışıb.