Fevralın 12-də, səhər saatlarında bir qrup narazı vətəndaş Milli Məclisin binası qarşısına toplaşıb aksiya keçiriblər. Kəfənə bürünmək istəyən etirazçılara mühafizəçilər və polislər mane olublar. Onlar məmur özbaşınalığından, haqlarının pozulmasından şikayətləniblər. Onları Milli Məclisdən heç kim qəbul etməyib. Narazılar deyiblər ki, şikayətlərinə heç bir qurumda baxılmır.
Bu videonu izləyən hər kəs həm də MeydanTV-nin “Xalqın Xəbəri” vətəndaş jurnalistikası layihəsində iştirak edə bilər. Belə ki, qeyd etdiyiniz videoları, çəkdiyiniz fotoları, bildiyiniz məlumatları bizimlə paylaşa bilərsiniz.
Whatsapp nömrəmiz: +49 176 16263646