Mədəniyyət sahəsinə isə 6,9 milyon manat nəzərdə tutulub
Prezident İlham Əliyev mədəniyyət sahəsinin inkişafı ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinə 6,987 milyon manat ayrılması ilə bağlı sərəncam verib.
“Prezident.az” yazır ki, vəsaitin 1,272 milyon manatı Bakının Maştağa qəsəbəsindəki H.Abbasov adına, 1,932 milyon manatı paytaxtın Qızıldaş qəsəbəsindəki Mədəniyyət mərkəzlərinin tikintisinin tamamlanması üçün nəzərdə tutulub.
Həmin vəsaitin daha 1,208 milyon manatı Şağan qəsəbəsindəki Mədəniyyət Mərkəzinin, 1.370 milyon manatı Nərimanov rayonundakı 21 saylı Musiqi Məktəbinin tikinti və təchizatının tamamlanması üçün ayrılıb.
Bərdə şəhərində yerləşən “Allah-Allah” türbəsinin bərpası işlərinin tamamlanması üçün isə 1,205 milyon manat vəsait ayrılıb.