Prezident Ağcabədi və Masallının icra başçılarının yerini dəyişdi

O, 2007-2009-cu illərdə Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb.

Source: Foto: Meydan TV


Şahin Məmmədov 14, Rafil Hüseynov isə 7 ildir eyni vəzifədədir

Prezident İlham Əliyevin sərəncamı ilə Şahin Məmmədov Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Prezidentin digər sərəncamı ilə Rafil Hüseynov Masallı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən çıxarılıb və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Şahin Məmmədov 2004-2005-ci illərdə Samux Rayon İcra Hakimiyyətinin başcısı vəzifəsində çalışıb. O, 26 dekabr 2005-ci il tarixli sərancamla Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. Ötən il 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Rafil Hüseynov isə 2012-ci ildən Masallı Rayon İcra Hakimiyyətinin başçısıdır. O, 2007-2009-cu illərdə Prezidentin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Regionların sosial-iqtisadi inkişafının analitik sektorunun müdiri, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışıb.

Ana səhifəSiyasətPrezident Ağcabədi və Masallının icra başçılarının yerini dəyişdi