Prezident Administrasiyasının işçisi Gədəbəyə icra başçısı göndərildi

Orxan Mürsəlov. Foto: “gedebey-ih.gov.az/az”

İlham Əliyev yeni sərəncam imzaladı

Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bu barədə Prezident İlham Əliyev avqustun 11-də sərəncam imzalayıb.

Orxan Mürsəlov indiyədək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb, qərb bölgəsi üzrə kurator olub.

2018-ci ildən Gədəbəy rayonunun icra başçısı olan İbrahim Mustafayev 2021-ci il oktyabrın 5-də vəzifəsindən azad edilib. O, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.

Ana səhifəBölgəPrezident Administrasiyasının işçisi Gədəbəyə icra başçısı göndərildi