Prezident Administrasiyasına yeni rəhbər təyin edildi

Bu vəzifəyə, prezidentin digər bir sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilən Samir Nuriyev təyin edilib.

Source: Foto: Azərtac


Administrasiyaya ABŞ təhsilli şəxs gətirildi

Prezident

İlham Əliyev

in sərəncamı ilə Prezident Administrasiyasına yeni rəhbər təyinatı olub.

Bu vəzifəyə, prezidentin digər bir sərəncamı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilən Samir Nuriyev təyin edilib.

Prezident Administrasiyasının rəhbəri postu oktyabrın 23-dən,

Ramiz Mehdiyev

in vəzifəsindən azad edildiyi gündən sonra boş idi.

Samir Nuriyev 9 mart 1975-ci il tarixində Bakı şəhərində doğulub. 1996-cı ildə Azərbaycan Texniki Universitetini bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib.

Samir Nuriyev 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində, 2006-cı ildə İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsində çalışıb. 2009-cu ildə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib.

Samir Nuriyev 21 aprel 2018-ci il-ci ildən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri idi.

Ana səhifəSiyasətPrezident Administrasiyasına yeni rəhbər təyin edildi