Prezident Administrasiyasına hüquq-mühafizə orqanlarından şikayətlərin sayı artıb

“Nəsimi, Nizami, Suraxanı, Şirvan, Abşeron, Gədəbəy, Xaçmaz, İmişli, Kəpəz, Nizami (Gəncə), Tərtər, Zərdab, digər şəhər və rayonların məhkəmələrinin fəaliyyəti barədə müraciətlər nisbətən yüksək olub”

Source:


“Nəsimi, Nizami, Suraxanı, Şirvan, Abşeron, Gədəbəy, Xaçmaz, İmişli, Kəpəz, Nizami (Gəncə), Tərtər, Zərdab, digər şəhər və rayonların məhkəmələrinin fəaliyyəti barədə müraciətlər nisbətən yüksək olub”

“Vətəndaşlar hüquq mühafizə orqanlarını asayişin, təhlükəsizliyin, sabitliyin, həmçinin onların Konstitusiya hüquqlarının qoruyucusu, xüsusilə məhkəmə orqanlarını haqqın, ədalətin təminatçısı kimi tanıyır və öz hüquqlarını qanun müstəvisində qorumaq üçün bu orqanların özünə və onlardan yuxarı instansiyalara, xüsusilə bütün hüquq və azadlıqlarının qarantı saydıqları ölkə Prezidentinə müraciət edirlər. Son illərdə bu orqanların hüquqları və səlahiyyətləri artırılıb, maddi və digər təminatları xeyli yaxşılaşdırılıb, onlar üçün ən yüksək səviyyəli iş şəraiti yaradılıb. Eyni zamanda, onlara qarşı tələbkarlıq da artırılıb. 2015-ci ildə hüquq mühafizə, o cümlədən polis orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı ötən ilə nisbətən azalıb. Lakin Binəqədi, Xətai, Xəzər, Nizami, Səbail, Lənkəran, Sumqayıt, Gəncə, Biləsuvar, Goranboy, Tovuz, digər şəhər və rayonların polis orqanlarının fəaliyyəti barədə ərizə və şikayətlərin sayı nisbətən çox olub”.

“Report”un xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

O qeyd edib ki, prokurorluq orqanlarının fəaliyyəti ilə əlaqədar ərizə və şikayətlərin sayı əvvəlki ilə nisbətən 6,4 faiz azalsa da, Qaradağ, Nərimanov, Sabunçu, Suraxanı, Yasamal, Şirvan, Astara, Goranboy, Qazax, Quba, Sabirabad, Salyan, digər şəhər və rayonların prokurorluqlarının fəaliyyəti barədə müraciətlər daha çox olub: “Bilavasitə məhkəmə orqanlarının və hakimlərin fəaliyyəti ilə bağlı ərizə və şikayətlərin təhlili göstərir ki, ayrı-ayrı şəhər və rayon məhkəmələrinin fəaliyyətindən narazılıq bildirən müraciətlər də az deyil. Bu baxımdan Nəsimi, Nizami, Suraxanı, Şirvan, Abşeron, Gədəbəy, Xaçmaz, İmişli, Kəpəz, Nizami (Gəncə), Tərtər, Zərdab, digər şəhər və rayonların məhkəmələrinin fəaliyyəti barədə müraciətlər nisbətən yüksək olub”.

S.İsmayılov vurğulayıb ki, Prezident Administrasiyasına daxil olan müraciətlər arasında bilavasitə Azərbaycan dövlətini, ölkə Prezidentini yerlərdə təmsil edən, hər an vətəndaşlarla, sıravi insanlarla təmasda olan yerli icra hakimiyyəti orqanlarının, həmçinin xalqın seçkili orqanları olan bələdiyyələrin fəaliyyəti ilə əlaqədar daxil olan müraciətlər həmişə diqqət mərkəzində saxlanılır: “Şəhər və rayon icra hakimiyyəti başçılarının aparatlarının və inzibati ərazi dairələri üzrə nümayəndələrinin fəaliyyəti haqqında Bakı şəhəri və onun bəzi rayonlarından, Şəki, Ağsu, Astara, Beyləqan, Bərdə, Cəlilabad, İmişli, Qazax, Şamaxı, Şəmkir, digər şəhər və rayonlardan daha çox müraciət daxil olub

Bu mövzuda ən az müraciət isə Naxçıvan, Pirallahı, Ağstafa, Cəbrayıl, Culfa, Xocalı, Qax, Oğuz, Sədərək, Şahbuz, Şuşa, Ucar, digər şəhər və rayonlardan daxil olub”.

Ana səhifəXəbərlərPrezident Administrasiyasına hüquq-mühafizə orqanlarından şikayətlərin sayı artıb