Praqanın meri COVİD-19 xəstələri yatan xəstəxanada könüllü olacaq

Mer bu barədə öz “Facebook” səhifəsində bəyan edib.

Source: dsaf

Məqalə

Hromadske

saytında dərc olunub

Praqanın meri Zdenek Qrjib oktyabrın 27-dən şəhər xəstəxanalarından birinə könüllü işləməyə gedəcək. Həmin xəstəxanada koronavirus xəstələri yatır. O, həkimlərə bu cür kömək etmək istəyir.

Mer bu barədə öz “Facebook” səhifəsində bəyan edib.

Qrjib tibbi təhsili olduğunu (radiologiya və şüa xəstəliyi ixtisası) və “bu çətin vaxtlarda yardım əlini uzaqtmaq istədiyini” (həkimlərə – red.) qeyd edib. O əlavə edib ki, könüllü olduğu müddətdə Praqa başçısının öhdəliklərini də yerinə yetirəcək – o cümlədən böhran qərargahının və Şəhər Şurasının görüşlərində iştirak edəcək.

Bundan əvvəl Çexiyanın paytaxtında COVİD-19 xəstələri üçün xüsusi şöbə açıblar. O, səyahət zamanı yoluxduqlarını öyrənənlərə və ya doğmalarını təhlükəyə məruz qoymamaq üçün özünütəcridə getmək zərurəti duyan Praqa sakinlərinə uyğun ola bilər.

Çexiyada koronavirusla bağlı vəziyyət necədir?

Avropanın bir çox digər ölkələrindən qat-qat pis. Son iki həftədə COVİD-19 xəstələrinin sayı son dərəcə artıb. Məsələn, son sutka ərzində, oktyabrın 21-i 15 min COVİD-19 xəstəsi aşkar olub. On milyonluq Çexiyada cəmi 209 min adam koronavirusa yoluxub.

Praqada 17 min adam koronavirusa yoluxub. Bütün xəstələri qəbul edə bilmək üçün şəhərdə 500 çarpayılıq səhra hospitalı təşkil edilib.

Ana səhifəXəbərlərPraqanın meri COVİD-19 xəstələri yatan xəstəxanada könüllü olacaq