Mənbə: Google

Praqanın II Dünya Müharibəsi heykəlini ləğvetmə qərarı Moskvanı hiddətləndirib

Rusiyanın mədəniyyət naziri abidəni sökmək təklifini verən bələdiyyə sədrini “nasist” adlandırıb

Praqa rayon məclisi sentyabrın 12-də Sovet marşalı İvan Konevə aid heykəlin ləğv edilməsinə səs verib. Hadisə Rusiyanı qəzəbləndirərək Kremlin dostu Çexiya prezidenti ilə qarşıdurmaya səbəb olub, - RFE/RL xəbər verir.

Bəziləri II Dünya Müharibəsində Çexoslovakiya torpaqlarını azad edən Konevi müharibədən sonra Mərkəzi və Şərqi Avropada sovet hakimiyyətinin keşiyində duran qüvvə olaraq görürlər.

Sovet hərbi komandirinin heykəlinə dəfələrlə zərər vermək istəyiblər. Ən son belə hadisə avqustun 21-də, 1968-ci ildə Sovetlərin Çexoslovakiyaya hücumunun ildönümü zamanı baş verib.

Altıncı Praqa Bələdiyyə başçısı Ondrej Kolar heykəlin üzərini örtməyə çalışarkən ölkədə Rusiya dəstəkçiləri çadırı qaldıraraq heykəlin qarşısına gül qoymağa çalışıblar. Hadisə cəmiyyətdə bölücülüyü daha da aydın göstərib.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski abidəni sökmək təklifinə görə ötən həftə Koları “nasist” adlandırıb.

Sentyabrın 12-də Rusiyanın Praqadakı səfirliyi deyib ki, Altıncı Praqa Qırmızı Ordu əsgərlərinin, Çexoslovakiyanı və onun paytaxtını nasizmdən azad etmək üçün mübarizə aparan çexlər və slovakların xatirəsini təhqir edən kampaniya başladıb.

Kremlin lideri Vladimir Putin ilə yaxın münasibətlər qurmağa çalışan Çexiya prezidenti Miloş Zeman Koların təklifini tənqid edib və qeyd edib ki, heykəl toxunulmaz olaraq yerində qalmalıdır.

Avqustda heykələ edilmiş hücumdan sonra rayon səlahiyyətliləri ingilis, rus və çex dilində plakatlar yapışdıraraq, Konevin Macarıstandakı 1956-cı il qiyamının yatırılmasında və Berlin divarının qurulmasındakı rolunu ziyarətçilər üçün xatırladıblar.

Bəzi tarixçilər deyirlər ki, Konev 1968-ci ildə Sovet İttifaqının Çexoslovakiyaya hücumunun planlaşdırılmasında da iştirak edib.

Kolar AP-yə bildirib ki, o, insanlara baş verənləri gizlətmədən tam məlumat vermək istəyib.

Hadisədən sonra Kolara və onun ailəsinə qarşı ölüm təhdidləri artdığında o və ailəsi polis nəzarətinə alınıb.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/9rlrh0

Ən çox baxılan