Praqada Azərbaycan siyasi məhbuslarına dəstək aksiyası

Paytaxt meri Tomas Hudeçek də aksiyaya qatılaraq və azərbaycanlı məhbuslara dəstək verib

Source:


Paytaxt meri Tomas Hudeçek də aksiyaya qatılaraq və azərbaycanlı məhbuslara dəstək verib

Oktyabrın 14-də “People in Need” (“İnsan darda”) beynəlxalq təşkilatı tərəfindən Çexiyanın paytaxtı Praqada Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərin müdafiəsinə yönəlmiş aksiya təşkil edəcək. Bildirildiyinə görə, paytaxtın Müqəddəs Lyudmila kilsəsinin qarşısında, Miru meydanında təşkil ediləcək aksiyada Azərbaycanda siyasi məhbus hesab edilən şəxslərə dəstək olaraq rəmzi həbsxana qurulacaq. Məhbuslara dəstək olmaq istəyənlər bu rəmzi həbsxanaya girərək 5 dəqiqə orada qalacaqlar.

Aksiyada “Human Rights Watch” təşkilatının Berlin ofisindən Vüqar Qocayev, Çexiyanın keçmiş daxili işlər naziri və tanınmış dissident Jan Ruml da iştirak edəcəklər. Praqa meri Tomas Hudeçek də aksiyaya qatılacağını və azərbaycanlı məhbuslara dəstək verəcəyini bildirib. Birma həbsxanalarında 5 il həbs yatmış bloqqer və fəal Nay Phone Latt da aksiyaya qatılacaq. Aksiyaya qatılanlar pulsuz isti çayla təmin olunacaqlar.

Ana səhifəXəbərlərPraqada Azərbaycan siyasi məhbuslarına dəstək aksiyası