10 dekabr Beynəlxalq İnsan Haqları Günüdür. Beynəlxalq təşkilatlar Azərbaycanda insan haqlarının ciddi şəkildə pozulduğunu deyirlər. Azərbaycanda təkcə söz, sərbəst toplaşma azadlığı deyil, mülkiyyət hüquqları da pozulur. Əsasən Bakının Papanin, “Sovetski” adlanan ərazilərində, Bayıl qəsəbəsində, eləcə də “Qış bulvarı”nın salındığı yerdə insanlar zorla mənzillərindən çıxarılıb, mülkiyyət hüquqları tapdanıb. Artıq Avropa İnsan Haqları Məhkəməsinə onlarla belə şikayətlər var.