Portuqaliyalı deputat: Azərbaycan məmurlarına qarşı sanksiya təklifini dəstəkləyirəm

“Avropa Parlamentində və ABŞ Konqresində bu təklifin ağlabatan olduğuna razılaşanların sayı artı”

Source: Əziz Kərimov


Xədicə İsmayıl: “Bu təklifin ağlabatan olduğuna razılaşanların sayı artır”

“Avropa Parlamentinin “Sosialistlər və Demokratlar” qrupunun vitse-prezidenti Keti Pirinin Azərbaycanda repressiya aparan rəsmi şəxslərə qarşı sanksiyalar tətbiq etmək çağırışını dəstəkləyirəm”.

Avropa Parlamentinin Portuqaliyalı üzvü İzabel Santos “Amerikanın səsi” radiosuna bildirib.

O, 2019-cu ilə qədər ATƏT Parlament Assambleyasının Demokratiya və İnsan Hüquqları Komitəsinə rəhbərlik edib.

İzabel Santos qeyd edib ki, bu sanksiyalar Azərbaycana və zorakılıq və azadlıqların pozulmasının qurbanı olan və bizim həmrəy olduğumuz insanlara qarşı deyil, ölkədəki siyasi müxalifətin və vətəndaş cəmiyyətinə qarşı şiddətli repressiyalar aparan Azərbaycan rəsmilərinə qarşıdır.

O, Azərbaycan hüquq-mühafizə orqanlarının Fuad Qəhrəmanlıya qarşı tətbiq etidiyi ağır işgəncələrə dair etibarlı məlumatların narahat etdiyini deyib.

“Bu hərəkətlər müxalifətin sistematik şəkildə qorxudulması, həbs edilməsi və susdurulmasının nümunəsidir. Azərbaycanda müntəzəm olaraq ölkə qanunları və beynəlxalq qanunlar pozulur və beynəlxalq ictimaiyyət buna dözməyə davam edə bilməyəcək”, – İzabel Santos deyib.

Sanksiyalar haqqında təklif ilkin olaraq Avropa Parlamentinin Sosialistlər və Demokratlar Qrupunun vitse-prezidenti, Hollandiyalı deputat Kati Piridən gəlib.

“Azərbaycan qanunvericiliyinə və ölkənin beynəlxalq öhdəliklərinə zidd olaraq, həbs edilənlər hüquqşünasları və ailələri ilə əlaqə kimi əsas hüquqlarından məhrum edilir. Prezident Əliyevin COVID-19 pandemiyasından və Ermənistanla hərbi gərginlikdəki son sıçrayışdan ölkədə siyasi müxalifətin qalan hissələrini məhv etmək üçün bir bəhanə kimi istifadə etməsi yolverilməzdir”, – Kati Piri deyib.

O, Azərbaycandakı vəziyyətin ağırlığını nəzərə alaraq, Avropa İttifaqının Xarici və Təhlükəsizlik Siyasəti üzrə baş nümayəndəsi Cosep Borrelli gecikdirilmədən Aİ-nın insan haqlarının hədəf alınması təşəbbüsü çərçivəsində Azərbaycanda zorakılıqların, ölkədə siyasi müxalifət və vətəndaş cəmiyyətinə qarşı repressiyalara görə cavabdeh olan məmurlara qarşı məqsədyönlü sanksiyalar tətbiq etməyə çağırıb.

Təklifləri şərh edən araşdırmaçı-jurnalist Xədicə İsmayıl Meydan TV-ə deyib ki, avropalı deputatlar uzun illərdir bu təkliflərlə çıxış edilər:

48418144_10210574277471717_4944230582944006144_n.jpg
Xədicə İsmayıl

“Avropa Parlamentində və ABŞ Konqresində bu təklifin ağlabatan olduğuna razılaşanların sayı artır. Amma təklifin reallaşması üçün yalnız qanunvericilər yox, həm də icra strukturları Azərbaycan məmurlarına sanksiyaların tətbiqində maraqlı olmaları lazımdır. İş hələ davam edir”.

Onun sözlərinə görə, sanksiyalar tətbiq edilsə, Azərbaycan məmurlarına viza qadağası olacaq və Avropadakı əmlaklarına sanksiya qoyulacaq.

Ana səhifəSiyasətPortuqaliyalı deputat: Azərbaycan məmurlarına qarşı sanksiya təklifini dəstəkləyirəm