Oyunun 25-ci dəqiqəsində Portuqaliyanın lideri Kristiano Ronaldo zədələnib, onu Quaresma əvəz edib
İyulun 10-da AC-2016-nin finalında Fransa-Portuqaliya qarşılaşıb. Oyunun əsas hissəsi qolsuz bitib. Əlavə olunmuş vaxtın 109-cu dəqiqəsində Eder Portuqaliya yığmasını 1-0 hesabıyla irəli çıxardıb.
Oyunun 25-ci dəqiqəsində Portuqaliyanın lideri Kristiano Ronaldo zədələnib, onu Quaresma əvəz edib.
Beləliklə, Portuqaliya ilk dəfə Avropa çempionu olur.
Komanda.az xəbər verir ki, bu komandalar böyük turnirlərdə 3 dəfə üz-üzə gəliblər. Pireneylilər və “xoruzlar” iki dəfə Avropa çempionatının, bir dəfə isə dünya çempionatının yarımfinalında rəqib olublar. Hər üç halda fransızlar qalib gəlib.
Fransızlar portuqalları AÇ-1984-də 3:2, AÇ-2000-də 2:1, DÇ-2006-da isə 1:0 hesabıyla məğlub edərək, onların finala gedən yolunu bağlayıblar. Maraqlıdı ki, fransızlar portuqalları məğlub edərək finala adladıqları hər iki Avropa çempionatını qalib kimi başa vurublar. Portuqalların ayağı fransızlara yalnız DÇ-2006-da düşərli olmayıb.