Poroşenko Yanukoviçi ordunun zəifliyində ittiham edib

Bununla yanaşı Moskva Ukraynanın şərq bölgələrində Luqansk və Donetskdə separatçılara dəstək verib.

Source: Foto: google.az


“Rusiyanın Krımı ilhaq etdiyi zaman ölkənin silahlı qüvvələrinin yalnız 20 faizi döyüş qabiliyyətli olub”

Ukraynanın keçmiş rəhbəri Petro Poroşenko deyib ki, 2014-cü ilin əvvəlində Rusiyayönümlü Ukrayna Prezidenti Viktor Yanukoviçin devrilməsindən sonra, Rusiyanın Krımı ilhaq etdiyi zaman ölkənin silahlı qüvvələrinin yalnız 20 faizi döyüş qabiliyyətli olub, – RFE/RL xəbər verir.

Poroşenko iyunun 15-də Kiyev Apelyasiya Məhkəməsində deyib ki, Ukrayna Ordusu hücum zamanı çox zəif olub və bu səbəbə görə, o, Yanukoviçi ittiham edib.

“Orduda kifayət qədər benzin, batareya, paltar, güllə keçirməyən gödəkçələr yox idi”,- Poroşenko deyib və əlavə edib ki, Yanukoviç 2014-cü ildəki vəziyyətə görə tam məsuliyyət daşıyır.

24 yanvar tarixində Kiyev məhkəməsi keçmiş lideri yüksək dövlətə xəyanət ittihamı ilə 13 il həbs cəzasına məhkum etmə qərarı almışdı. Yanukoviçin vəkilləri bu qərara apelyasiya şikayəti verib.

Yanukoviç qərarı qanunsuz adlandırıb və bu ittihamı Ukraynadan Moskavaya qaçdıqdan sonra ona qarşı qaldırılmış məhkəmə işlərində rədd edib.

Yanukoviçin Rusiyaya uçuşundan bir neçə həftə sonra Moskva Ukraynanın Qara dəniz yarımadasındakı Krım ərazisini ələ keçirdi və ilhaq etdi. Bununla yanaşı Moskva Ukraynanın şərq bölgələrində Luqansk və Donetskdə separatçılara dəstək verib.

Ana səhifəDünyaPoroşenko Yanukoviçi ordunun zəifliyində ittiham edib