Dünya liderləri Zelenskini qələbə münasibətilə təbrik edirlər
Ukrayna prezidenti
Pyotr Poroşenk
o aprelin 21 ölkədə keçirilən prezident seçkilərinin ikincit turunda digər namizəd Vladimir Zelenskiyə məğlub olduğunu etiraf edib.
“Seçkilər ədalətli keçib və mən Zelenskiyə zəng edib, onu qələbə münasibətilə təbrik edə bilərəm”, – P.Poroşenko deyib.
O, əlavə edib ki, prezident postunu mayda tərk edəcək.
Vladimir Zelenski isə deyib ki, əgər ölkənin idarə edilməsində köməyə ehtiyacı olsa Poroşenkoya zəng edə bilər.
“Poroşenko mənə dedi ki, hər bir məsələdə mənə kömək edə bilər. Mənə elə gəlir ki, bu ciddi köməkdir”, – V.Zelenski deyib.
Aprelin 21-də
Ukraynada prezident seçkilərinin ikinci turu keçirilib. Ukrayna Mərkəzi Seçki Komissiyası bazar ertəsi səhər səslərin 94,46 faizinin sayıldığı haqda məlumat yayıb.
Bildirilib ki, Vladimir Zelenski 73, 19 %(12 mln 809 min 498), hazırkı prezident Pyotr Poroşenko 24,48 % (4 mln 285 min 295) səs toplayıb. Exit-pollun nəticələrində isə V.Zelenskinin 73 %, P.Poroşenkonun 25,5% səs topladığı qeyd olunur.
Məlumatda V.Zelenskinin Lvov istisna olmaqla ölkənin bütün vilayətlərində qalib gəldiyi bildirilib. Bu vilayətdə seçiciləri 63,12 faizi P.Poroşenkoya, 34,13 faizi isə V.Zelenskiyə səs verib.
Martın 31-də Ukraynada prezident seçkisinin birinci turu keçirilmişdi.
Dünya liderləri artıq Vladimir Zelenskini qələbə münasibətilə təbrik ediblər.
Ukraynanın yeni dövlət başçısını ABŞ prezidenti Donald Tramp, Kanadanın Baş naziri Castin Trüdo, Fransa prezidenti Emmanuel Makron, Britaniya Xarici İşlər Nazirliyi, Avropa Şurasının Baş katibi Turborn Yaqland, Belarus prezidenti Aleksandr Lukaşenko, Ermənistanın Baş naziri Nikol Paşinyan, Venesuelanın müxalifət lideri Xuan Quaydo, təbrik ediblər.