Poroşenko: Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir

Ukrayna prezidenti ”AN-178” istehsalı ilə bağlı Azərbaycanda ortaq müəssisənin yaradılmasını təklif etdiklərini söylədi

Source:
Pyotr Poroşenko və İlham Əliyev
Pyotr Poroşenko və İlham Əliyev
Pyotr Poroşenko və İlham Əliyev
Pyotr Poroşenko və İlham Əliyev


Ukrayna prezidenti ”AN-178” istehsalı ilə bağlı Azərbaycanda ortaq müəssisənin yaradılmasını təklif etdiklərini söylədi

“Ukrayna Dağlıq Qarabağ münaqişəsində status-kvonun saxlanılmasını tamamilə qəbuledilməz hesab edir”.

Bu barədə ANSpress məlumat yaylb.

Bunu Bakıda rəsmi səfərdə olan Ukrayna prezidenti Pyotr Poroşenko Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında bildirib.

“Ukraynanın Dağlıq Qarabağdakı separatçı rejimin müstəqilliyini tanımadığını vurğulamaq istəyərdim. Azərbaycanın da Krım üzrə analoji mövqeyini alqışlayırıq”, – deyə P.Poroşenko söyləyib.

Prezidnetlər “AN-178” təyyarələrinin Azərbaycanda birgə istehsalı imkanlarını da müzakirə ediblər.

Ukrayna prezidenti Petro Poroşenko bildirib ki, “AN-178” istehsalı ilə bağlı Azərbaycanda ortaq müəssisənin yaradılması təklif edilir.

Azərbaycan prezidenti isə deyib ki, Ukrayna nəqliyyat təyyarələrinin Azərbaycana satışı və gələcəkdə bu təyyarələrin birgə istehsalı ən perspektiv layihələrdən biridir.

Ana səhifəXəbərlərPoroşenko: Dağlıq Qarabağ münaqişəsində status-kvo qəbuledilməzdir