Poroşenko baş naziri istefaya çağırdı

Prezident baş prokuror Viktor Şokini də istefa ərizəsi yazmağa çağırıb

Source:

Yasenyuk və Poroşenko
Yasenyuk və Poroşenko


Prezident baş prokuror Viktor Şokini də istefa ərizəsi yazmağa çağırıb

Ukrayna prezidenti Pyotr Poroşenko ölkədə yaranmış siyasi böhranla bağlı xalqa müraciət edib.

APA-nın xəbərinə görə, prezidentin saytında yerləşdirilmiş müraciətdə P. Poroşenko ölkədə yeni hökumətin formalaşdırılmasının zəruriliyini vurğulayaraq faktiki olaraq, baş nazir Arseni Yatsenyuku istefaya çağırıb. O bildirib ki, Ukrayna xalqı artıq mövcud Nazirlər Kabinetinə inanmır, çünki məmurların səhvləri nailiyyətlərindən çoxdur: “Aydın deyilmi ki, uğurlu islahatları yalnız vətəndaşların yüksək etimadına malik hökumət gerçəkləşdirə bilər? Etimadı bərpa etmək üçün terapiya azdır, artıq cərrahiyyə üsuluna ehtiyac yaranıb”.

P. Poroşenko hesab edir ki, Nazirlər Kabinetinin total formatlaşdırılması hazırkı koalisiya – “Solidarnost”, Xalq Cəbhəsi, “Samopomiç” və “Batkivşina” partiyaları tərəfindən həyata keçirilməlidir. Dövlət başçısı xatırladıb ki, Ali Radanı buraxmaq səlahiyyəti var, lakin bu hüquqdan yalnız ən sonda istifadə edə bilər.

P. Poroşenko baş prokuror Viktor Şokini də istefa ərizəsi yazmağa çağırıb.

Ali Radada hökuməti istefaya göndərmək üçün imza toplanır. Baş nazir vəzifəsinə əsas namizədlər kimi hazırkı maliyyə naziri Natalya Yaresko və bu yaxınlarda istefa verən iqtisadi inkişaf naziri Ayvaras Abromaviçyusun adları çəkilir.

Ana səhifəXəbərlərPoroşenko baş naziri istefaya çağırdı