Pompeo: ABŞ ÜST-ün maliyyəsini bərpa edə bilməyəcək

Trampa görə, ÜST koronavirus pandemiyası ilə bağlı Çinin “dezinformasiyasını” təbliğ edir.

Source:


“ABŞ-ın vergi ödəyicilərinin dollarları ÜST-ə gedərsə, ölkə heç vaxt qarantiya halına dönə bilməyəcək”

ABŞ dövlət katibi Mayk Pompeo deyib ki, koronavirus pandemiyası bir daha Ümumdünya Səhiyyə Təşkilatının yenidən nəzərdən keçirilməlli olduğunu göstərib. “Reuters” xəbər verir ki, Pompeoya görə Vaşinqton bundan sonra heç vaxt ÜST-ün maliyyəsini bərpa edə bilməyəcək və bunun əvəzinə ölkə BMT-yə alternativ orqan qurmaq üçün çalışmalıdır.

Pompeo ÜST-ü tənqid edərkən ABŞ nümayəndələr palatasında demokratlar Tramp administrasiyasını ÜST-ü “günah keçisi” elan edərək, koronavirus böhranını həlletməkdə çarəsiz qalmaqda ittiham edib.

Prezident Donald Trampa göndərilən məktubda onlar ÜST-ün maliyyələşməsinin dərhal bərpa edilməsini tələb ediblər. Tramp bu addımı keçən həftə ÜST-ü “Çin mərkəzli” olmaqda ittiham edərək təxirə salmışdı. Trampa görə, ÜST koronavirus pandemiyası ilə bağlı Çinin “dezinformasiyasını” təbliğ edir.

Pompeo çərşənbə günü “Fox News”-a açıqlamasında deyib ki, ÜST-ün “nöqsanlarını” düzəltmək üçün strukturunun yenidən nəzərdə keçirilməsi lazımdır.

ÜST-ün rəhbərliyində dəyişiklik tələb edib-etməməsi ilə bağlı jurnalistlərin suallarını cavablandıran Pompeo deyib: “Bundan da əlavə, ABŞ-ın vergi ödəyicilərinin dollarları ÜST-ə gedərsə, ölkə heç vaxt qarantiya halına dönə bilməyəcək”.

Cümə axşamı radioya verdiyi müsahibədə Pompeo deyib: “Təşkilat işləyirsə, fəaliyyət göstərirsə, ABŞ həmişə ona rəhbərlik edəcək və onun bir hissəsi olacaq. İstənilən nəticəni əldə edə bilmədikdə dünyadakı tərəfdaşlarımızla birlikdə nəzərdə tutulmuş məqsədlərə çatdıracaq bir quruluş, format, idarəetmə modeli təqdim etmək üçün çalışacağıq”.

ÜST Tramp administrasiyasının ittihamlarını rədd edib. Çin onun şəffaf və açıq olduğunu bildirib.

ABŞ indiyədək ÜST-ün ən böyük donoru olub. 2019-cu ildə təşkilatın büdcəsinin təxminən 15% -i, 400 milyon dollardan çox hissə ABŞ tərəfindən ödənib. Keçən həftə ABŞ-ın yüksək səviyyəli rəsmiləri “Reuters Washington”-a bildirib ki, ölkə bu vəsaiti digər yardım qruplarına yönəldə bilər.

Çərşənbə günü Pompeo deyib ki, Birləşmiş Ştatlar Pekinin ÜST qaydalarını pozaraq koronavirus haqda vaxtında xəbər vermədiyinə inanır. ÜST-ün baş direktoru Tedros Adhanom Ghebreyesusu ittiham edən Pompeo təşkilatın üzv dövlətin bu qaydalara əməl etmədikdə mövqe göstərməli olduğunu deyib.

“Mən çox əminəm ki, Çin Kommunist Partiyası etdikləri üçün xüsusilə ABŞ-dan cavab alacaq. Bunun hansı formada olacağını dəqiq bilmirəm”,- Pompeo cümə axşamı günü “Fox News”-a verdiyi müsahibədə deyib.

Ana səhifəDünyaPompeo: ABŞ ÜST-ün maliyyəsini bərpa edə bilməyəcək