Polşalı deputat Azərbaycan üzrə yeni məruzəçi təyin edildi

Tadeuş İvinsiki Monitorinq Komitəsinin üzvü, həmçinin AŞPA Siyasi komitəsinin sədr müavinidir

Source:


Tadeuş İvinsiki Monitorinq Komitəsinin üzvü, həmçinin AŞPA Siyasi komitəsinin sədr müavinidir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) iclasında Azərbaycan üzrə yeni məruzəçi seçilib.

Maltalı deputat Cozef Qrexin Azərbaycan üzrə həmməruzəçi səlahiyyətləri bitdiyi üçün onun yerinə polşalı deputat Tadeuş İvinski seçilib. Bu barədə Monitorinq Komitəsindən bildiriib.

T.İvinsiki Monitorinq Komitəsinin üzvü, həmçinin AŞPA Siyasi komitəsinin sədr müavinidir.

Azərbaycan üzrə ikinci məruzəçi Pedro Aqramuntdur.

Məruzəçilər AŞPA ölkələrinin götürdükləri öhdəlikləri yerinə yetirməsinin qiymətləndirilməsi məqsədilə təyin edilirlər. Onlar vaxtaşırı olaraq ölkələrə səfər edirlər və AŞPA sessiyası üçün müxtəlif məsələlərə dair hesabatlar hazırlayırlar.

Ana səhifəXəbərlərPolşalı deputat Azərbaycan üzrə yeni məruzəçi təyin edildi