Polşa XİN

Mənbə: Foto: google.ru

Başlıq: Polşa XİN

Polşada vizasının müddəti bitmiş şəxslər üçün yeni qaydalar açıqlanıb

Məqalə yeniləndi:  5 Aprel 2020

30 gün müddətində müraciət olunarsa, vizanın müddəti uzadılacaq

Polşanın Xarici İşlər Nazirliyi Azərbaycanın bu ölkədəki səfirliyinə nota verib.

Səbəb səfirliyin cari epidemioloji vəziyyətlə əlaqədar viza müddəti bitmiş və ölkə ərazisini vaxtında tərk edə bilməyən Azərbaycan vətəndaşlarını üzrlü hesab edilməsi haqda xahişidir.

Məlumatı “Azərtac” yayıb.

XİN-nin notasında qeyd edilib ki, 31 mart tarixində Polşada qüvvəyə minən qanuna əsasən, SARS-CoV-2 virusunun yayılması səbəbindən Polşada qalma müddəti 15 martdan sonra xarici vətəndaşların milli vizası, yaxud da müddətli oturum izninin vaxtı bitibsə uzadılır:

“Eyni zamanda, müddətli oturum üçün yerli orqanlara ərizə ilə müraciət, mövcud olan iş, mövsümi iş icazələrinin, habelə sahibkarların xarici vətəndaşları işə qəbuletmə prosedurlarının, könüllü olaraq öz ölkələrinə qayıtmaq istəyən xarici vətəndaşların Polşa ərazisində qanuni olaraq qalma icazələrinin vaxtı uzadılır. Bu baxımdan Polşada mövcud olan epidemioloji vəziyyətin başa çatmasının elan edildiyi andan 30 gün ərzində bitmiş vizanın vaxtını uzatmaq və müvəqqəti yaşama icazəsi üçün müraciət etdikləri təqdirdə xarici vətəndaşların yaşamaları qeyri-qanuni sayılmayacaq”.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  5 Aprel 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/llkvz8

Ən çox baxılan