Polşada 9 nəfər Rusiya kəşfiyyat xidmətlərinin sifarişi ilə təxribat törətmək ittihamı ilə həbs edilib 

Foto: Meydan TV

Təxribata misal olaraq Vrotslavdakı boya fabrikinin yandırılması cəhdi göstərilib

Polşada 9 nəfər Rusiya kəşfiyyat xidmətlərinin sifarişi ilə təxribat törətməkdə ittiham edilərək həbs edilib.

Polşanın Baş naziri Donald Tuskun dediyinə görə, söhbət muzdlulardan gedir, onların bəziləri “kriminal aləmdən olan insanlardır”. Həbs edilənlər arasında Ukrayna, Belarus və Polşa vətəndaşları da var.

Tusk təxribata misal olaraq Vrotslavdakı boya fabrikinin yandırılması cəhdini göstərib. Onun sözlərinə görə, analoji təxribat Litva, Latviya və İsveçdə də həyata keçirilir.

Daha əvvəl Polşa Prezidenti Anjey Duda bildirmişdi ki, son vaxtlar ölkədə bir neçə ciddi yanğın hadisəsi baş verib və bunlar da çox güman ki, qəsdən törədilib. Onun fikrincə, bu, “Polşada vəziyyəti sabitləşdirmək cəhdi ola bilər”.

Ana səhifəDünyaPolşada 9 nəfər Rusiya kəşfiyyat xidmətlərinin sifarişi ilə təxribat törətmək ittihamı ilə həbs edilib