Zaxarova qərarı sərsəm addım adlandırıb
Polşa Xarici İşlər Nazirliyi vaxtilə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (MDBMİ) bitirmiş bütün əməkdaşlarını işdən çıxarıb.
Bunu Polşanın xarici işlər naziri Zbiqnev Rau yerli mətbuata bildirib.
Z.Rau təxminən iki aya yaxındır Rusiya universitetinin heç bir məzununun Xarici İşlər Nazirliyində işləmədiyini vurğulayıb:
“Biz geniş mənada dekommunizasiyanın bir hissəsi olan çox vacib bir prosesi başa çatdıra bildik”.
O, MDBMİ-ni “rus imperializminin fəaliyyətinə investisiya” adlandırıb.
Yerli media Polşa Xarici İşlər Nazirliyinin MDBMİ məzunlarını 2017-ci ildə kınarlaşdırdığını yazıb.
Həmin vaxt nazir olan Yaçek Çaputoviç nazirlikdəki “köhnə” işçilərin işdən çıxarılması və “yeni kadrlar”ın işə götürülməsi təşəbbüsü ilə çıxış edib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova olayı insan hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirib.
“Bu qərar məntiqdən tamamilə məhrum və qürur duyduqları tarixlərinin biabırçı səhifəsi olan sərsəm bir tədbirdir. Sadəcə, soruşmaq istəyirəm ki, Rusiya universitetlərinin digər sahələri üzrə diplom alıb çalışanların təmizlənməsi başlayıbmı?”, – deyə Zaxarova fikrini tamamlayıb.
MDBMİ 1944-cü ildə yaradılıb.
2010-cu ildə ən çox dövlət xarici dilləri (53 xarici dil) tədris edən universitet kimi rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib.