Ordu zabiti vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur
Naxçıvan Muxtar Respublikasında yerləşən N saylı hərbi hissənin komandiri, polkovnik Samir Həziyev həbs olunub. O, Cinayət Məcəlləsinin 341.2.3 maddəsilə – vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və səlahiyyət həddini aşmaqda ittiham olunur.
Meydan TV-nin əldə etdiyi məlumata görə, Samir Həziyev 3 gün öncə saxlanılıb, iyulun 24-də Bakı Hərbi Məhkəməsində onun haqqında həbs qərarı verilib. Onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Hərbi hissə komandirinin həbs xəbərini Hərbi Prokurorluq da təsdiqləyib.
Samir Həziyevlə bağlı istintaq Hərbi Prokurorluqda aparılır.