“Politico”: Qafqazdakı döyüşlər Rusiyanı Türkiyəyə qarşı çevirir

Ermənistan, Azərbaycan və Türkiyə bölgədə Rusiya qüvvələrinin olmasına qarşıdır.

Source: google.az


“Türkiyə ilə Rusiya Azərbaycan və Ermənistan arasındakı toqquşmalara birbaşa müdaxilə etməkdən çəkinir”

“Azərbaycan və Ermənistan arasında son dönəmdə baş vermiş sərhəd toqquşması Türkiyə ilə Rusiya arasında onsuz da kövrək olan tərəfdaşlığa təhlükədir”, – ABŞ-ın “Politico” jurnalı bazar ertəsi günü bildirib.

Azərbaycan və Ermənistan 1980-ci illərin sonundan Ermənistanın hərbi dəstəyi ilə Azərbaycandan ayrılan Dağlıq Qarabağ bölgəsi uğrunda müharibə şəraitindədir.

İyulun 12-də iki ölkə sərhəddində tərəflərin hərbi qüvvələri arasında toqquşmalar yenilənib.

Müşahidəçilər “Politico”-ya bölgədə baş verənlərin Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı tərəfdaşlığa xələl gətirə biləcəyini qeyd ediblər.

“Ankara və Moskva digər münaqişələrdə olduğu kimi Dağlıq Qarabağ münaqişəsində də qarşı tərəfləri dəstəkləyir. Mədəni, dil, tarixi əlaqələri paylaşmaqla yanaşı Azərbaycanı silahla təmin edən Türkiyə Ermənistanla 1915-ci il ermənilərin Osmanlı imperiyası zamanında öldürülməsi məsələsi baxımından ziddiyətli münasibətlərdədir. Moskva isə Ermənistanı dəstəkləyir. Qərbə qarşı inamsızlığı bölüşən Moskva və Ankara eyni zamanda öz aralarında iqtisadi tərəfdaşlığı yürütməyə çalışırlar”, – “Politico” qeyd edir.

“Türkiyə ilə Rusiya Azərbaycan və Ermənistan arasındakı toqquşmalara birbaşa müdaxilə etməkdən çəkinir”,- Almaniya Marşal Fondunun Türkiyə rəhbəri Özgur Ünlühisarcıklı deyib.

“Bu, Rusiyanın arxa bağçasıdır və Ermənistanla Azərbaycan arasındakı münaqişə Rusiyanın hazırladığı parametrlər daxilində davam edir”,- Ünlühisarcıklı “Politico”-ya bildirib.

“Türkiyə bunu (son toqquşmanı) Rusiyadan gələn bir mesaj olaraq görür, ancaq Rusiya ilə burada hətta üçüncü tərəf vasitəsiylə də qarşılaşmağın çox riskli olduğunu bilir. Türkiyə Azərbaycana davamlı dəstək göstərsə də, birbaşa müdaxilə məsələsini düşünməyib”.

Rusiya iki tərəf arasında vasitəçi rolunu oynamağa hazır olduğunu bildirərək cümə günü atəşkəsə çağırış edib. Rusiya Müdafiə Nazirliyi şənbə günü Rusiyanın cənub-qərbində hərbi təlimlər keçirdiyini də açıqlayıb.

“Azərbaycan Ermənistandan daha zəngin və hərbi cəhətdən üstün olsa da, Ermənistanın hərbi bazasını saxlayan Rusiyadan dəstək gördüyünə görə ötən illər ərzində münaqişənin kəskinləşməsindən çəkinib”, – “Politico” yazıb.

Ünlühisarcıklı əlavə edib ki, Ərdoğanın iyun ayında Türkiyənin ABŞ ilə əlaqələrdə yeni səhifə aça biləcəyi ilə bağlı verdiyi bəyanat Rusiya tərəfindən müsbət qarşılanmayıb.

Ekspert Türkiyə və Rusiya arasındakı rəqabətli əməkdaşlığın əsas dinamikasının hər iki ölkənin Qərbdən yayınması olduğunu deyib. “Türkiyə ABŞ ilə əməkdaşlığa davam etdiyi üçün bu ittifaq dağılmağa başlayır. Bu dəfə Rusiya Qafqazda cavab verir”,- Ünlühisarcıklı deyib.

Yerevan mərkəzli Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Qriqosyan (Richard Giragosian) Türkiyənin Qafqaz münaqişəsinə müdaxilə səylərinin geri çəkəcəyini deyib və əlavə edib ki, bu addım Moskvadan uzaqlaşmağa çalışan hazırkı Ermənistan hakimiyyətini yenidən Kremlə tərəf itələyə bilər.

“Türkiyənin Azərbaycanla hərbi ittifaqı Ermənistanı yenidən Rusiyadan asılı vəziyyətə sala bilər”, Giragosian “Politico”-ya deyib.

“Bununla yanaşı, Rusiyaya Ermənistan-Azərbaycan münaqişəsində hərbi iştirak etmədiyi halda sülhməramlı qüvvələri yerləşdirmək imkanı verə bilər”.

Ermənistan, Azərbaycan və Türkiyə bölgədə Rusiya qüvvələrinin olmasına qarşıdır.

Ana səhifəDünya“Politico”: Qafqazdakı döyüşlər Rusiyanı Türkiyəyə qarşı çevirir