Polislər ”Qanun” nəşriyyatında axtarış aparır (yenilənib)

Şahbaz Xuduoğlu: “Nəsə tapılsa, bilin ki, məsuliyyət polisin üzərindədir”

Foto: Şahbaz Xuduoğlunun şəxsi arxivindən


Şahbaz Xuduoğlu: “Nəsə tapılsa, bilin ki, məsuliyyət polisin üzərindədir”

———————————————————————————————-


22.14.


Nəşriyyatın açarı gətirilsə də, polisin icazə sənədi olmadığından içəri keçən olmayıb. Mətbəənin direktoru sənəd olmadan içəri daxil olmağa imkan verməyib. Binanın önünə toplaşan şəxslər kənarlaşdırılıb.


———————————————————————————————–


21.12. Hadisə yerində olan şəxslərin Meydan TV-ye verdiyi məlumata görə, polislər bir neçə saatdır nəşriyyatın önündə Şahbaz Xuduoğlunu gözləyirlər. Onun gəlişindən sonra otağına baxış keçirəcəklər. Şahbaz Xuduoğlu ilə əlaqə saxlanılıb, o, şəhərdə olmadığını deyib. Polislər səhərə qədər də olsa gözləyəcəklərini bildiriblər. Polislər nəşriyyatda bomba olduğuna dair məlumat aldıqlarını desələr də, heç bir müdaxilə edilmir, mülkiyyət sahibinin gəlməsi tələb edilir. Əraziyə yanğınsöndürən və təcili yardım maşınları da gətirilməyib.

———————————————————————————————–

Bakı şəhər Polis İdarəsinin 15 nəfərdən çox əməkdaşı işdən sonra “Qanun” nəşriyyatına axtarış aparmağa gəliblər. Bu barədə məlumatı nəşriyyatın sahibi Şahbaz Xuduoğlu öz Facebook səhifəsində yayıb: “Deyirlər ki, burda bomba var. Əgər nəşriyyatdan silah və qanundankənar nəsə tapılsa, bilin ki, bunun məsuliyyəti Bakı şəhər Polis İdarəsinin üzərindədir”.

Ana səhifəXəbərlərPolislər ”Qanun” nəşriyyatında axtarış aparır (yenilənib)