Polislər jurnalistin kirayə qaldığı mənzildə axtarış aparıblar

Mənzilindən kompüteri, telefonu, sənədləri, kamerası, yaddaş kartı götürülən İslam Şıxəli bazar ertəsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağrılıb

Source:


Mənzilindən kompüteri, telefonu, sənədləri, kamerası, yaddaş kartı götürülən İslam Şıxəli bazar ertəsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağrılıb

Sentyabrın 26-da DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin əməkdaşları Azadlıq Radiosunun  reportyoru İslam Şıxəlinin kirayə qaldığı mənzilində axtarış aparıblar.

Həmin vaxt jurnalist evdə olmayıb, mənzildə onun dostu olub.

Bu barədə İslam Şıxəli Facebook səhifəsində yazıb.

Jurnalist bildirib ki, axtarış zamanı vəkilin iştirakına şərait yaradılmayıb: “Dərhal telefonlar müsadirə olunub. Ümumiyyətlə, evdə sənəd, kompüter, yaddaş kartı, kamera və nə varsa götürülüb. Qalan əşyaları da dağıdıb töküblər evin ortasına”.

Jurnalist bazar ertəsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinə çağrılıb.

Ana səhifəXəbərlərPolislər jurnalistin kirayə qaldığı mənzildə axtarış aparıblar