İbtidai sinif müəlliməsi polisdən pul tələb etməkdə günahlandırılır
Bakı Ağır Cinayətlər Məhkəməsində polis rəisinin müavinindən hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən Vəfa Dadaşovanın məhkəməsi başa çatıb.
V.Dadaşova İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini Pərviz İsmayılovdan və bir həkimdən hədə-qorxu ilə pul tələb edib.
Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə oxunan hökmə əsasən, V.Dadaşova 5 il müddətinə azadlıqdan məhrum edilib.
V.Dadaşova ibtidai sinfə qədər uşaqlara hazırlıq
keçib
.