Polisdən Gəncədəki oğurluq hadisəsinə reaksiya

“Hər 3 müraciət barəsində Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb, hadisələrdən 1-ni törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək, barəsində toplanan materiallar baxılması üçün aidiyyəti məhkəməyə göndərilib”

Source: Specify Source


Eşqin Qasımov: "Cinayət işi açılıb"

Daxili İşlər Nazirliyi Meydan TV-nin 28 may tarixində “Eyni ünvanda dördüncü oğurluqdur, polis oğrunu axtarmır” başlıqlı yazısında ya reaksiya verib.

Nazirliyin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov deyib ki, zərərçəkmiş Kamil Qasımovun oğurluq hadisəsinə görə polisi fəaliyyətsizlikdə günahlandırması doğru deyil:

"Gəncə şəhəri, Azərbaycan küçəsi 97a ünvanında yaşayan Kamil Qasımovun oğurluq hadisələrinə görə polisi fəaliyyətsizlikdə günahlandırması həqiqətəuyğun deyil və böhtan xarakterlidir”.

Eşqin Qasımov deyib ki, 2021-ci ilin müxtəlif vaxtlarında şəhər sakini Kamil Qasımova məxsus fərdi yaşayış evindən xırda talamalar edilərək oğurluq hadisələri törədilməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin (ŞBPİ) Kəpəz Rayon Polis İdarəsinə (RPİ) müraciət daxil olub.

“Hər 3 müraciət barəsində Rayon Polis İdarəsində müvafiq araşdırmalar aparılıb, hadisələrdən 1-ni törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək, barəsində toplanan materiallar baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Digər 2 fakt barəsində Kəpəz Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir. Martın 23-də vətəndaş Kamil Qasımov DİN-nin “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edərək fərdi yaşayış evinə naməlum şəxs və ya şəxslərin qanunsuz olaraq daxil olması və oradan ümumi dəyəri 688 manat olan elektrik naqilinin və avadanlıqlarının oğurlamasını bildirib. Müraciətlə bağlı Kəpəz RPİ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib", – polis leytenantı bildirib.

Eşqin Qasımov hazırda İstintaq və Təhqiqat İdarəsində cinayət işinin başlandığını deyib: “Tezliklə istintaqın gedişindən asılı olaraq hadisəyə hüquqi qiymət veriləcək”.


Kamil Qasımov

martın 28-də Meydan TV-yə deyib ki, yeni tikdirdiyi və hələ içərisinə yığışa bilmədiyi evindən 4 dəfə oğurluq olub: “Əvvəlki oğurluq faktlarıyla bağlı polisə etdiyi müraciətlərin cavabsız qalmasının nəticəsidir ki, bu dəfə oğru ona 1000 manata yaxın zərər vurub”.

Ana səhifəSosialPolisdən Gəncədəki oğurluq hadisəsinə reaksiya