Polis zorlamada ittiham olunan fransız yazıçısının istintaqını dayandırıb

Frederik Beqbeder. Foto: Wiki

Prokurorluq bildirib ki, iş ciddi və ya ardıcıl sübutların olmaması səbəbindən bağlanıb

Fransa polisinin yazıçı Frederik Beqbederə qarşı zorlama ittihamı ilə əlaqədar 2023-cü ilin dekabrında başladığı istintaqı dayandırdığı bildirilir.

Po şəhərinin Prokurorluğu bildirib ki, iş ciddi və ya ardıcıl sübutların olmaması səbəbindən bağlanıb.

2023-cü ilin iyulunda adı açıqlanmayan gənc bir qadın Beqbederə qarşı polisə şikayət etmişdi.

Nəticədə Beqbeder Po şəhərinin Polis İdarəsində saxlanılaraq, 8 saat ərzində dindirilmişdi.

Frederik Beqbeder “Komadakı tətil” (1995), “Məhəbbət üç il yaşayır” (1997), “Ekstaz haqqında hekayələr” (1999), “99 frank” (2000) romanlarının müəllifidir.

2009-cu ildə yazıçı avtobioqrafik “Fransız romanı”na görə Fransanın “Renaudo” mükafatına layiq görülüb.

Ana səhifəDünyaPolis zorlamada ittiham olunan fransız yazıçısının istintaqını dayandırıb