Polis ”Yurda qayıdaq” aksiyasının qarşısını alıb

Aksiya iştirakçılarından izahat alınıb

Source:


Aksiya iştirakçılarından izahat alınıb

“Qanun” Hüquq Firmasının rəhbəri Camal Əhmədovun “Yurda qayıdaq” çağırış ilə sentyabrın 1-də başlanan yürüşün qarşısı yerli Ağdam və Tərtər polis tərəfindən alınıb.

Bu barədə Tərtər Rayon Polis İdarəsində izahat verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Meydan TV-yə danışıb.

Akif Nağı bildirib ki, saat 8.45-də Bərdə dörd yolundan keçib Camal Əhmədova dəstək olmaq üçün Agdam istiqamətinə getmək istəyərkən Təzəkənd kəndinin yanında “Tək Çinar” adlanan yerdə yolu polislər şlaqbaumla baglayıblar:

“Təxminən 20 -yə yaxın polis çox hirsli qaydada heç bir izahat vermədən sənədlərimizi tələb etdi. Avtomobilimizi kompyuterlə yoxlayıb əlimizdən almaq istəyirlərdilər. Pənah Hüseyn, Şaiq Süleymanov, Şirxan Əliyev və mən izahat yazdıq. Məqsədimizi, yəni hansı məramla yürüş keçirdiyimizi bildirdik. Hazırda Bakıya qayıdırıq”.

Akif Nağı Rəhim Qazıyevin, Camal Əhmədovun və digərlərinin Bərdə və Ağdam yaxınlığında saxlanıldığını, onlardan izahat alınıb və sonra sərbəst buraxıldığını dedi.

Ana səhifəXəbərlərPolis ”Yurda qayıdaq” aksiyasının qarşısını alıb