Polis Tv-yə “Bu dövlətin yiyəsi yoxdur” deyən şikayətçini saxladı

Çəkilişə gələn televiziyaya kənd sakinlərindən müsahibə alıb.

Source: Specify Source


Saxlanılan şəxsin Müsavat Partiyasının üzvü olduğu deyilir

"Bu dövlətin yiyəsi yoxdur", – deyən şikayətçini polis saxlayıb

Lənkəraın Göyşaban kənd sakini Daşqın Əsədov bir gündür ki, polis bölməsində saxlanılır.

Buna səbəb Daşqın Əsədovun kəndin məktəbi haqqında televiziyada səsləndirdiyi tənqidi fikirlərdir.

Bu barədə Meydan TV-yə Daşqın Əsədovun qardaşı Mikayıl Əsədov məlumat verib.

O bildirib ki, kəndlərindəki məktəb qəzalı durumda olduğundan kənd sakinləri yerli televiziyalardan birinə müraciət ediblər.

Çəkilişə gələn televiziyaya kənd sakinlərindən müsahibə alıb.

Şikayət edənlərdən biri də Daşqın Əsədov olub: "Kəndimizin məktəbi 1959-cu ildə tikilən binadır. Özü də məktəb kimi yox, kolxoz binası kimi tikilib. Sonradan həmin binanı məktəb kimi istifadəyə veriblər. İnsanlar bunu televiziya kanalına olan müsahibəsində səsləndiriblər. Qardaşım da deyib ki, bu, məktəb binası deyil, pis gündədir. Belə yerdə uşaqlar təhsil alır, çətindir və s. Axırda da deyib ki, bu dövlətin yiyəsi yoxdur. Elə bu fikirlərinə görə dünən axşamdan bəri polis bölməsində saxlanır".

Mikayıl Əsədov düşünür ki, qardaşı məhz müsavatçı olduğundan onu saxlayıblar.

O güman edir ki, onun həbsinə başqa don geyindiriləcək: "Polisin əmrinə tabe olmama, nə bilim, bəlkə də, söyüş söymədə ittiham ediləcək. Görmədiyimiz şey deyil. Mənim qardaşım həqiqəti deyib, onun çıxışında səhv heç nə olmayıb. Görünür, artıq tənqidi fikirləri də eşitmək istəmirlər. Səhvləri düzəltmək yerinə, səsləri kəsməklə məşğuldurlar".

Mikayıl Əsədov deyir ki, qardaşı hazırda Liman Şəhər Polis Bölməsində saxlanılır.

Onlara bildiriblər ki, saat 3-də məhkəmə olacaq.

Lənkəran Rayon Polis İdarəsi məsələyə münasibət bildirmək istəməyib.

Ana səhifəSiyasətPolis Tv-yə “Bu dövlətin yiyəsi yoxdur” deyən şikayətçini saxladı