Çevik Polis Alayının əməkdaşları 31 martda metronun Elmlər Stansiyasının yaxınlığında reyd keçirərək tibbi maskasız küçəyə çıxanları saxlayıblar. Polis əməkdaşları tövsiyyə ediblər ki,vacib olmadıqca vətəndaşlar küçəyə çıxmasınlar, küçəyə çıxdıqları halda tibbi maska taxsınlar.
Vətəndaşlar isə bildiriblər ki, apteklərdən maska tapa bilmirlər.
Aptekdə çalışan satıcılar da deyib ki, hər gün 50 və ya 100 ədəd maska gəlir və 10 dəqiqə ərzində satılıb qurtarır.