Polis Sumqayıtda şagirdi döyən müəllimdən ifadə alıb (yeniləndi)

”Müəllimin işdən çıxması haqda qərar Təhsil Nazirliyi və Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə müzakirəsindən sonra veriləcək”

Source:


Təhsil Nazirliyindən modern.az-a Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar qərar qəbul olunduğu bildirilib. Qərarda məktəbin tarix müəllimi İdris Hüseynovun “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun və “Müəllimlərin etik davranış qaydaları”nın tələblərini kobud şəkildə pozaraq, şagirdə qarşı fiziki güc tətbiq etdiyi, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol verdiyi qeyd olunub: “Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib”.


——————————————————————————————


”Müəllimin işdən çıxması haqda qərar Təhsil Nazirliyi və Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə müzakirəsindən sonra veriləcək”

Sumqayıt şəhəri 22 saylı məktəbdə müəllimin şagirdi döyməsi hadisəsi ilə əlaqədar təhsil müəssisəsinə polis əməkdaşları gəlib. Bu barədə “Report”a məktəbin direktoru Tahirə Səfərova məlumat verib.

Onun sözlərinə görə, hazırda Sumqayıt Şəhər 3-cü Polis Bölməsinin əməkdaşları məktəbdə məsələ ilə əlaqədar araşdırma aparır, hadisəni törədən İdris Hüseynovdan, habelə şagirdlərdən (onlar VIII sinif şagirdləridir) ifadə alır.

Məktəb direktoru onu da qeyd edib ki, tarix müəllimi İdris Hüseynovun işdən çıxmaqla bağlı yazdığı ərizə Sumqayıt Şəhər Təhsil Şöbəsinə təqdim edilib: “Müəllimin işdən çıxması haqda qərar Təhsil Nazirliyi və Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə müzakirəsindən sonra veriləcək”.

Sosial şəbəkələrdə müəllimin şagirdi döyməsi ilə bağlı videogörüntülər yayılıb. Məlum olub ki, görüntülər Sumqayıt şəhəri 22 saylı məktəbdə keçən həftə çəkilib.

Ana səhifəXəbərlərPolis Sumqayıtda şagirdi döyən müəllimdən ifadə alıb (yeniləndi)