Polis rəssamın köşkünü sökdürmək istəyir

Bura rəssəm Eduard Əsədovun həm yaşadığı ev, həm də emalatxanasıdır. Divarlarını rəsmlərindən əlavə düzəltdiyi heykəllər də bəzəyir. İşi və evi iç-içə olduğuna görə çox vaxt hazırladığı əsərləri yerləşdirməyə çətinlik çəkir. Bunun üçün də Sovet dövründən qalma taxta köşkə əsərləri üçün lazım olan xammalı yığır. Amma bu kiçik tikilinin üstündə bir neçə ildir qonşusu ilə mübahisədədir. Qonşusu Yasamal rayon Mühafizə İdarəsinin polis nəfəri Hicran Əliyevdir.

Polis işçisinin yoldaşı Ramilə Əliyeva Sabunçu rayon Məhkəməsinə müraciət edərək tikilinin sökülməsini tələb edib. O bildirir ki, Eduard Əsədov köşkdə tullantılar, zibildən ibarət əşyalar saxlayır. Həmin əşyalar üfunət iyi verdiyindən onları narahat edir. Rəssam deyir ki, köşkdə zibil yox, rəsm və heykəlləri üçün avadanlıqların saxlayır. Məhkəmə qərar verib ki, köşk rəssamın hesabına sökülməlidir. Rəssam qərarı ədalətsiz sayır.

Məhkəməyə şikayət edən Ramilə Əliyeva bizimlə danışmaq istəmədi. Köşkün sökülməsinə razı olmayan qonşular Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə müraciət ediblər. İdarədən bildirilib ki, polis nəfəri Hicran Əliyev hər hansısa qanunsuz iş görmür. Söküntü ilə bağlı məhkəmə qərarı var.

Rəssam köşk sökülərsə, həm evi həm də iş yeri olan bu otaqda avadanlıqlarını hara yığacağının qarğaşasını yaşayır.

Ana səhifəVideoPolis rəssamın köşkünü sökdürmək istəyir