Polis rəisi aksiyaçılara10 maşın su göndərdi

Zığ qəsəbə sakinləri aksiya keçirdi

Source:

Zığ qəsəbə sakinləri aksiya keçirdi

İyunun 5-də saat 13.00-da Zığ qəsəbəsinin sakinləri aksiya keçiriblər. 60-a yaxın qəsəbə sakini İdris Süleymanov küçəsinə toplaşaraq, əsas yolu bağlayıblar. Onlar neçə illərdir əraziyə su verilməməsindən şikayətləniblər. Aksiya iştirakçıları bu barədə müvafiq dövlət orqanlarına şikayət etsələr də, nəticəsi olmadığını deyiblər.

Hadisə yerində olan Meydan TV əməkdaşının sözlərinə görə, icra nümayəndəsi Cəlaləddin Əhmədov aksiyaçılarla görüşüb və problemin tezliklə həll olunacağına vəd verib. Aksiya gedən zaman Suraxanı rayon Polis İdarəsinin rəisi qəsəbəyə 10 maşın su göndərib. Lakin sakinlər problemlərinin bu yolla həllini istəməyiblər. Onlar qəsəbəyə su verilməsini tələb ediblər. Hadisə yerinə “Azərsu” əməkdaçlarının gələcəyi bildirilir. Etirazçılar qurumdan rəsmi cavab gözləyirlər.

2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrində su problemini həll etmək üçün dövlət büdcəsindən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 115,5 milyon manat ayrılıb. Qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu il ərzində Zığ qəsəbəsində su probleminin həlli ilə bağlı iş görəcəklərini bildirir. “Kənd üzrə layihələrimizi işləyib hazırlamışıq, o cümlədən də Zığ qəsəbəsinə dair… Zığ qəsəbəsində yəqin ki, 2015-ci ildə müəyyən işlər görəcəyik”.

Suraxanı rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Barxudar Barxudarov bildirir ki, 2014-2016-cı il dövlət proqramı çərçivəsində qəsəbəyə su veriləcək. “Yeni Günəşlidə tikilən 100 min tonluq su anbarı ilə Zığ qəsəbəsi su ilə təmin olunacaq. İş yekunlaşmaq üzrədir. 2014-2016-cı ilə dövlət proqramı çərçivəsində bu iş yəqin ki, yekunlaşacaq”.

Ana səhifəXəbərlərPolis rəisi aksiyaçılara10 maşın su göndərdi