Polis Qarabağ qazisinin döyülməsini təkzib edir

Eşqin Qasımov: “Ananın övladladını xilas etmək istəyini haradasa başa düşmək olar, amma…”

Source: Meydan.TV


Eşqin Qasımov: "Ananın övladladını xilas etmək istəyini haradasa başa düşmək olar, amma…"

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov Qarabağ qazisinin Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalması ilə bağlı şikayətə münasibət bildirib.

Meydan TV-yə göndərilən press-relizdə bildirilir ki, Babək Quliyevin günahsız olması və işgəncəyə məruz qalması ilə bağlı iddia həqiqətəuyğun deyil.

Qazinin anası Gülsüm Quliyeva polis əməkdaşlarının verdiyi işgəncənin izlərinin uzun müddət oğlunun üzündə və bədənində qaldığını desə də, polis iddiaları qəbul etmir.

Eşqin Qasımov deyir ki, Babək Quliyev narkotik ittihamı ilə saxlanılıb: "Qazaxın Bala Cəfərli kənd sakini Gülsüm Quliyevanın qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib saxladığına görə həbs edilən övladı Babək Quliyevin günahsız olması və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları barədə səsləndirdiyi fikirlər qərəzlidir. İyul ayının 18-də, axşam saatlarında saxlanılan şəxs satış məqsədi ilə əldə edib saxladığı 1.157 qram çəkidə kustar üsulla hazırlanan narkotik maddə olan metamfetamini və 10.36 qram qurudulmuş marixuananı tanışı, Tovuz rayonun Abulbəyli kənd sakini Mehin Həsənovaya 88 manata satmaq istəyərkən saxlanılıb. Bundan sonra o, Polis Şöbəsinə gətirilib".

Polis baş leytenantı bildirib ki, Mehin Həsənova narkotik vasitəni Babək Quliyevdən aldığını etiraf edib: "Şöbədə Mehin Həsənovanın üzərinə baxış keçirilən zaman qeyd edilən çəkidəki narkotik vasitələr aşkar edilərək götürülüb. Sonuncu həmin narkotik vasitələri Babək Quliyevdən aldığını etiraf edib. Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. İstintaq zamanı məlum olub ki, Babək Quliyev 19.07.2019-cu ildən 19.07.2021-ci ilə qədər N saylı hərbi hissədə xidmətdə olmuş, lakin “xidməti uyğunsuzluğa görə” həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb".

"Ananın övladladını xilas etmək istəyini haradasa başa düşmək olar, amma belə əsassız və fakta söykənməyən iddialar heç nəyi dəyişmir", – deyə Eşqin Qasımov bildirib.

Ana səhifəXəbərlərPolis Qarabağ qazisinin döyülməsini təkzib edir